Tramp Rusiya-Ukrayna görüşü ilə bağlı tapşırıq verdi
Dünya
07.08.2025 09:31
ABŞ Prezidenti Donald Tramp öz komandasına Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşləri tez bir zamanda planlaşdırmağı tapşırıb.
TodayPress TV xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Məlumata görə, Trampın nümayəndəsi Stiv Uitkoff Moskvada Putinlə görüşərək Ukrayna müharibəsini müzakirə edib. Daha sonra Tramp Avropa liderlərinə bildirib ki, gələn həftə Putinlə görüşmək, sonra isə Zelenski ilə üçtərəfli danışıqlar aparmaq istəyir.
Ağ Ev rəsmilərinin sözlərinə görə, Putin Trampla görüşmək istədiyini bildirib və Trampın komandası bu görüşləri təşkil etməyə başlayıb.
Hələlik görüşün harada keçiriləcəyi dəqiq bilinmir, lakin bir neçə yer müzakirə olunur. Danışıqların gələn həftə və ya ondan sonrakı həftə baş tutacağı gözlənilir.
Türkan İsgəndərli
tag: ABŞ,Ukrayna,Rusiya,Görüş,Todaypress.tv,