Yaxın Şərqdəki vəziyyətə görə neftin qiyməti kəskin yüksəldi
Dünya
13.06.2025 10:52
İsrailin İrana qarşı hava zərbələri neft bazarında böyük dalğalanma yaradıb. Regionda genişmiqyaslı müharibə ehtimalı səbəbilə xam neftin qiyməti 13% artaraq birjalarda kəskin sıçrayışla yadda qalıb.
TodayPress TV “Bloomberg”ə istinadən xəbər verir ki, Brent markalı neftin qiyməti bir barel üçün 78 dolları keçib.
Bu, 2022-ci ilin martında sonra qeydə alınan ən böyük gündəlik artım olub. Daha sonra qiymət bir qədər geriləyərək 75 dollara enib.
Qlobal maliyyə bazarlarında təşviş artarkən, investorlar ənənəvi “təhlükəsiz liman” hesab edilən qızıla yönəlib. Qızılın qiyməti 1.4% bahalaşaraq 3500 dollar/unsiyaya çatıb ki, bu da tarixdəki rekord səviyyəyə yaxın göstəricidir.
Analitiklər bildirirlər ki, Yaxın Şərqdə sabitliyin pozulması enerji və maliyyə bazarlarında uzunmüddətli təsirlərə səbəb ola bilər.
Qiymət Mahir
tag: Yaxın Şərq,Qızıl,Neft,Yüksəliş,todaypress.tv,