Rusiya qırğızıstanlı alpinistin ölümünü inkar etdi

Dünya

03.09.2025 19:30

Rusiya Alpinizm Federasiyasının (FAR) vitse-prezidenti Aleksandr Pyatnitsin teleaparıcı Viktoriya Bonyanın Qırğızıstan dağlarında alpinist Natalya Naqovisina­nın ölümü ilə bağlı bəyanatını şərh edib.

TodayPress TV xəbər verir ki, sentyabrın 2-də Bonya Naqovisina­nın Pobedə zirvəsində dron uçuşundan sonra həlak olduğunu açıqlayıb. Daha sonra Qırğızıstan Alpinizm Federasiyası Naqovisina­nı xilasetmə əməliyyatının dayandırıldığını elan edib.

"Viktoriya Bonya bir qədər səlahiyyətlərini aşdı. Bu, onun şəxsi fikridir. Amma mən bununla qətiyyən razılaşa bilmirəm, bu, mənim vəziyyəti anlama formama ziddir. Mən öz mövqeyimdə qalıram. Onun cəsədi tapılmayıb və ölüm faktı təsdiqlənməyibsə, heç nə haqqında danışmaq olmaz", - o bildirib.

Qeyd edək ki, avqustun 12-də 47 yaşlı Naqovisina Qırğızıstanda zirvədən enərkən ayağını sındırıb və təxminən 7200 metr hündürlükdə qalıb. Digər alpinistlər onu xilas etməyə çalışsalar da, əməliyyat uğursuz olub və onlardan biri həlak olub. Sonradan rusiyalı alpinistin axtarışı hava şəraitinə görə dayandırılıb.

Töhfə Səməd

TodayPress TV

tag: Rusiya,Alpinist,Ölüm,İnkar,Todaypress.tv,