Yaponiya cəmiyyətindən Hokkaydoda raket təlimlərinə etiraz

Dünya

24.06.2025 11:37

Yaponiyanın Hokkaydo adasında fəaliyyət göstərən altı ictimai təşkilat ölkənin Müdafiə Nazirliyindən sahildən buraxılan “Tip-88” tipli gəmiəleyhinə raketlərin tətbiqi ilə planlaşdırılan hərbi təlimlərin dayandırılmasını tələb edib.

TodayPress TV xəbər verir ki, "Hokkaido Broadcasting" telekanalının yaydığı məlumata görə, ictimaiyyət nümayəndələri bu təlimləri “təxribat” adlandırıb:

“Bu, münaqişəyə cəlbetməyə yönəlmiş bir təxribatdır. Yaponiyanın müharibə tərəfinə çevrilmə riskini artırır. Güc nümayişi ilə sülh qorunmaz".

Təlimlərin iyunun 24-dən 29-dək Hokkaydoda, Sidzunai poliqonunda keçirilməsi planlaşdırılır. Proqram çərçivəsində iki raket buraxılışı nəzərdə tutulur. Bu, Yaponiyada bu tip raketlərin ilk praktiki tətbiq təlimidir — əvvəllər onların istifadəsi təhlükəli hesab olunurdu.

Qiymət Mahir

tag: Yaponiya,Hokkaydo ,“Tip-88”,Raket,Todaypress.tv,