Vens Trampın İrana zərbə vurmaq planlarını açıqladı
Dünya
21.06.2025 11:40
ABŞ Prezidenti Donald Tramp İranla münaqişəni diplomatiya vasitəsilə həll etməyə çalışacaq, lakin danışıqlar tıxanarsa, İranın nüvə proqramı məsələsində qətiyyət göstərməyə hazırdır.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Ceyms Devid Vens "Fox News" telekanalına müsahibəsində bildirib.
“Prezident Tramp dəfələrlə vurğulayıb ki, mümkün olduğu qədər İranla münaqişənin həllində diplomatik yolları seçəcək. Amma diplomatiyanın tam tükəndiyinə və əlavə danışıqların nəticə vermədiyinə qərar verən kimi, İranın nüvə proqramını dayandırmaq üçün lazım olan bütün addımları atacaq”, - deyə vitse-prezident əlavə edib.
Vens bildirib ki, ABŞ-nin Tehranla döyüş əməliyyatlarına birbaşa qoşulması ilə bağlı son qərarı məhz Tramp verəcək, lakin bunu dəqiqləşdirmək üçün son vaxt artıq yaxınlaşır.
O vurğulayıb ki, Ağ Ev rəhbəri danışıqlara “bir az daha vaxt ayırmaq” və diplomatiyanın münaqişəni həll edib-etməyəcəyini görmək istəyir.
Töhfə Səməd
tag: ABŞ ,Donald Tramp,Ceyms Devid Vens,İran,todaypress.tv,