Eyni nömrələri iki dəfə oynadı, 2 milyon dollar qazandı
Dünya
21.07.2025 19:30
ABŞ-nin Massaçusets ştatının Fitçburq şəhərində yaşayan Corcoran təsadüf nəticəsində iki 1 milyon dollarlıq "Powerball" biletinin sahibi olub.
TodayPress TV xəbər verir ki, o, 9 iyul tarixində keçirilən lotereyada iştirak etmək üçün əvvəlcə 7 oyunlu bilet alıb.
Lakin biletdəki son iştirak tarixini səhv anlayaraq bu tiraj üçün keçərsiz olduğunu düşünüb və cəmi 10 dəqiqə sonra yaxınlıqdakı başqa bir bayidən eyni nömrələrlə ikinci bilet alıb.
Nəticədə hər iki bilet lotereyada çıxan beş ağ topu düzgün təxmin edib və Corcoran 2 milyon dollar qazanıb.
Hər iki biletin yeganə əskik nömrəsi "Powerball"un qırmızı topu “5” olub. Bu səbəbdən 217 milyon dollarlıq əsas mükafatı qazana bilməyib.
Lotereya rəsmiləri bildiriblər ki, Corcoran bu nömrələri uzun illərdir oynayır. O isə hələlik bu qazancı necə istifadə edəcəyinə qərar vermədiyini deyib.
Qiymət Mahir
tag: Lotereya,ABŞ,Bilet,Oyun,Todaypress.tv,