ÜST İsraili Qəzza əhalisinin təxliyəsinə icazə verməyə çağırdı

Dünya

19.05.2025 15:19

5

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus İsraili Qəzza zolağından 10 min nəfərin tibbi təxliyyəsinə icazə verməyə çağırıb.


TodayPress TV xəbər verir ki, bu barədə o, Cenevrədə keçirilən 78-ci Ümumdünya Səhiyyə Assambleyasının açılışında çıxışı zamanı bildirib.


“Üzv ölkələrdən daha çox xəstəni qəbul etmələrini, İsraildən isə təxliyəyə icazə verməsini, eləcə də Qəzzaya qida və dərman çatdırılmasına imkan yaratmasını xahiş edirik. Çünki əhali bu ehtiyaclar üzrə fövqəladə vəziyyətdədir” deyə Qebreyesus bildirib.


O əlavə edib ki, ÜST 2023-cü ilin noyabrından bəri Qəzzadan 7300-dən çox xəstənin, o cümlədən 617 onkoloji xəstənin təxliyyəsinə yardım edib.

Qiymət Mahir

tag: ÜST,İsrail,Qəzza,Təxliyə,todaypress.tv,