Ukraynada Nazirlər Kabineti dəyişdi

Dünya

17.07.2025 16:45

Ukrayna parlamenti Ali Rada 17 iyulda Yuliya Sviridenkonun baş nazirliyi ilə Nazirlər Kabinetinin yenilənmiş tərkibini təsdiqləyib. 

TodayPress TV xəbər verir ki, səsvermədə 253 deputat qərarın lehinə səs verib. 

Yeni hökumət "paket" formatında səsvermə ilə təsdiqlənib, yəni ayrı-ayrı nazirlər üçün ayrıca səsvermə keçirilməyib. Yalnız Baş nazir, müdafiə və xarici işlər nazirləri üçün ayrıca səsvermə aparılıb. Yeni kabinetdə Mixaylo Fedorov Baş nazirin birinci müavini və rəqəmsal transformasiya naziri, Aleksey Sobolev iqtisadiyyat, ətraf mühit və kənd təsərrüfatı naziri, Svetlana Qrinçuk energetika naziri, Denis Ulyutin sosial siyasət, ailə və birlik naziri, German Qaluşenko ədliyyə naziri, Taras Kaçka isə Avropa və Avro-Atlantik inteqrasiya üzrə Baş nazirin müavini təyin olunublar. 

Eyni zamanda bir neçə nazir öz vəzifələrini qoruyub. Aleksey Kuleba infrastruktur və ərazi inkişafı naziri, İqor Klimenko daxili işlər naziri, Viktor Lyaşko səhiyyə naziri, Sergey Marçenko maliyyə naziri, Natalya Kalmıkova veteranların işləri üzrə naziri, Matvey Bedny gənclər və idman naziri, Oksen Lisovyi isə təhsil və elm naziri olaraq fəaliyyətini davam etdirəcək.

Türkan İsgəndərli

tag: Ukrayna,Hökümət,Səsvermə,Nazir,Todaypress.tv,