Ukrayna "qeyri-dost ölkələr" üzrə yeni departament yaradır
Dünya
08.07.2025 11:48
Ukrayna Xarici İşlər Nazirliyi (XİN) öz strukturunda dəyişikliklər aparır. Yeni struktur çərçivəsində “qeyri-dost ölkələrlə” iş üzrə ayrıca departament yaradılacaq.
TodayPress TV xəbər verir ki, bu barədə XİN rəhbərinin müavini Andrey Sibiqa məlumat verib.
O bildirib ki, yeni departament yalnız Rusiya ilə deyil, Şimali Koreya və Belarus kimi onun müttəfiqləri ilə də əlaqəli fəaliyyət göstərəcək.
Yeni strukturun fəaliyyətinə xarici işlər nazirinin birinci müavini nəzarət edəcək.
Bundan başqa, Mərkəzi Asiya ölkələri ilə iş üzrə ayrıca şöbə, həmçinin sanksiyalar siyasətinə dair ayrıca departamentin də yaradılması planlaşdırılır.
Bu dəyişikliklərin məqsədi, Ukrayna rəsmilərinə görə, geosiyasi təhdidlərə qarşı daha sistemli cavab vermək və diplomatik strategiyanı gücləndirməkdir
Türkan İsgəndərli
tag: Ukrayna,XİN,Departament,Rusiya,Todaypress.tv,