Ukrayna münaqişəsindən sonra Rusiya və Polşa yaxınlaşa bilər

Dünya

04.06.2025 09:10

Ukraynadakı münaqişənin başa çatmasından sonra Rusiya və Polşa arasında münasibətlərin yaxşılaşması ehtimalı var. 

TodayPress TV xəbər verir ki, bu barədə "Lenta.ru"ya müsahibəsində Sankt-Peterburq Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin Avropa Araşdırmaları kafedrasının dosenti Artyom Barınkin məlumat verib.

Ekspertin sözlərinə görə, hərbi əməliyyatların bitməsindən sonra iki ölkəni dialoqa təşviq edə biləcək obyektiv çağırışlar meydana çıxacaq. 

“Nəzarətsiz miqrasiya, Ukraynadan silah axını və cinayətkarlığın artması kimi məsələlər Polşa və Rusiya arasında əməkdaşlıq üçün əsas yarada bilər”, – deyə Barınkin bildirib.

Onun fikrincə, bu problemlər Moskva və Varşavanın kollektiv cavab və birgə fəaliyyət göstərməsini zəruri edəcək. Ekspert həmçinin qeyd edib ki, ukraynalı millətçilər təkcə Polşa üçün deyil, bütövlükdə region üçün təhlükə yarada bilər.

Artyom Barınkin eyni zamanda Polşanın yeni seçilmiş prezidenti Karol Navrotskinin Ukraynaya münasibətinə də toxunub. Onun fikrincə, Navrotskinin siyasəti tarixi incikliklər və iddialar fonunda formalaşacaq.

Töhfə Səməd

tag: Polşa,Ukrayna,Rusiya,Müharibə,todaypress.tv,