Tusk: “Ukraynanın bərpasından böyük gəlir əldə etmək istəyirik”

Dünya

26.05.2025 14:46

1

Polşa Ukraynanın yenidən qurulmasında fəal iştirak etməklə böyük gəlir əldə etməyi planlaşdırır. 

TodayPress TV xəbər verir ki, bunu ölkənin Baş naziri Donald Tusk Slavkov şəhərində konteyner terminalının genişləndirilməsi ilə bağlı keçirdiyi mətbuat konfransında bəyan edib.

Tuskun çıxışı “TVP Info” telekanalı tərəfindən canlı yayımlanıb.

“Biz açıq şəkildə deyirik – Ukraynanın bərpasından böyük pul qazanmaq istəyirik. Əlbəttə, kömək etmək niyyətindəyik, lakin bu prosesdən gəlir də gözləyirik. Məhz buna görə bizə bu logistika mərkəzi – quru liman lazımdır” deyə o bildirib.

Slavkov şəhərindəki konteyner terminalının genişləndirilməsi beş mərhələdə həyata keçiriləcək və layihənin ümumi dəyəri 1 milyard avro təşkil edəcək. Tuskun sözlərinə görə, işlər başa çatdıqdan sonra bu terminal Avropanın ən böyük logistika mərkəzinə çevriləcək.

Qiymət Mahir

tag: Ukrayna,Polşa, Donald Tusk ,Avropa,todaypress.tv,