Tusk Trampın Rusiya ilə bağlı fikirlərini pislədi
Dünya
22.05.2025 14:59
Polşanın Baş naziri Donald Tusk, ABŞ prezidenti Donald Trampın Avropa liderlərinə Rusiya prezidenti Vladimir Putinin sülhə hazır olmadığı barədə dediyi sözləri təsdiqləməyib.
TodayPress TV xəbər verir ki, bu barədə o, jurnalistlərə müsahibəsində deyib.
O əlavə edib ki, Rusiya və Ukrayna arasında sülh danışıqları hələ də çətin vəziyyətdədir. Task həmçinin bildirib ki, Polşa Avropa ölkələri ilə birlikdə Rusiyaya qarşı yeni və sərt sanksiyalar paketi üzərində işləyir.
Qeyd edək ki, mayın 19-da Trampla telefon danışığında Zelenski ilə yanaşı, Fransa, Almaniya, İtaliya və Finlandiya liderləri, həmçinin Avropa Komissiyasının rəhbəri də iştirak ediblər. Tramp bu danışıqlarda Putinin “qələbəyə doğru irəlilədiyinə” inandığını deyib. Lakin Rusiya tərəfi bu iddiaları təkzib edib.
Türkan İsgəndərli
tag: Rusiya,Almaniya,Ukrayna,Sülh,todaypress.tv,