İyunda Qayana BMT Təhlükəsizlik Şurasına rəhbərlik edəcək
Dünya
03.06.2025 03:00
BMT Təhlükəsizlik Şurasına iyun ayı üçün sədrliyi Qayana Respublikası həyata keçirəcək.
TodayPress TV xəbər verir ki, Qayananın BMT-dəki daimi nümayəndəsi, səfir Karolin Rodrigez təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında keçirdiyi brifinqdə cari ay üzrə iş proqramını təqdim edib.
Səfir qeyd edib ki, iyun ayında Şuranın gündəmində bir sıra vacib beynəlxalq məsələlər yer alacaq. Onlar arasında BMT-nin Əfqanıstandakı Missiyası ilə bağlı təqdimatlar və məsləhətləşmələr aparılacaq.
Bundan əlavə, TŞ ay ərzində Konqo Demokratik Respublikasına qarşı tətbiq edilən sanksiyalar və Yaxın Şərqdə davam edən münaqişələrlə bağlı məsələləri də müzakirə edəcək.
K.Rodrigez əlavə edib ki, Qayananın sədrliyi dövründə sülh və təhlükəsizlik məsələlərinin dərin müzakirəsi aparılacaq, eləcə də beynəlxalq böhranların diplomatik yollarla həllinə töhfə verilməsi əsas prioritetlərdən biri olacaq.
tag: BMT, Əfqanıstan, Qaya,