Tusk: "Polşa prezidenti ilə dialoqda mövqeyimdə dayanmağa hazıram"

Dünya

06.08.2025 18:05

Polşanın Baş naziri Donald Tusk yeni prezident Karol Navrotski ilə dialoqda hökumətin mövqeyini müdafiə etməyə hazır olduğunu bəyan edib. 

TodayPress TV xəbər verir ki, bu barədə “Polsatnews” məlumat yayıb. 

Bildirilib ki, buna səbəb dövlət başçısının “suveren Polşa” kursu və ordunun gücləndirilməsi ilə bağlı nitqi olub. 

Navrotski çıxışında Avropa üzvləri arasında NATO-da ən güclü ordu yaratmaq, qeyri-qanuni miqrasiya ilə mübarizə aparmaq, avroya keçiddən imtina etmək, müstəqil xarici siyasət yeritmək niyyətində olduğunu açıqlayıb. 

Qeyd edək ki, Tusk bunu hökumətin səlahiyyətlərini qəsb etmək cəhdi kimi qiymətləndirib. 

"Ümid edirəm ki, bu təkəbbürlü tonun nəticəsi olmayacaq. Amma lazım gələrsə, biz Konstitusiyanın keşiyində möhkəm dayanacağıq. Prezidentin veto hüququ və ali baş komandan statusu var. Lakin siyasətin inkişafı hökumətin müstəsna səlahiyyətindədir", - Baş nazir vurğulayıb. 

Xatırladaq ki, Karol Navrotski avqustun 6-da Polşa prezidenti kimi rəsmən and içib.  

Aysel Mətləb

tag: Polşa,Donald Tusk,Karol Navrotski,NATO,Todaypress.tv,