Türkiyədəki meşə yanğınları ilə bağlı MÜHÜM AÇIQLAMA
Dünya
28.07.2025 18:30
Türkiyənin Muğla Meşə Təsərrüfatı Regional İdarəsinin müdiri Mustafa Ülküdür, vilayətin 75-ci il Yığıncaq Salonunda keçirilən təhlükəsizlik, asayiş və meşə yanğınları ilə mübarizə tədbirlərinə dair toplantıda bölgədə baş verən meşə və kənd təsərrüfatı sahələrindəki yanğınlarla bağlı statistikanı ictimaiyyətə təqdim edib.
TodayPress TV xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Ülküdür çıxışı zamanı 2025-ci ildə baş verən meşə yanğınlarının yüzdə 88-nin insan amilləri – səhlənkarlıq, qəsd və qəza nəticəsində yarandığını vurğulayıb.
O, əlavə edib ki, bu faktlar yanğınların qarşısının alınması istiqamətində cəmiyyətin maarifləndirilməsinin vacibliyini ortaya qoyur.
Rəsmi nümayəndə vurğulayıb ki, yanğınlara qarşı texniki imkanların artırılması və koordinasiyalı fəaliyyət bölgədə meşə və kənd təsərrüfatı ərazilərinin qorunması baxımından həyati əhəmiyyət daşıyır.
Töhfə Səməd
tag: Türkiyə,Meşə,Yanğın,Muğla,Todaypress.tv,