Türkiyədə mədələrində narktok maddə aşkarlanan İran vətəndaşları həbs edildi
Dünya
08.10.2025 21:00
Türkiyənin Uşak əyalətində keçirilən əməliyyat nəticəsində narkotik ticarəti ilə məşğul olduqları iddia edilən İranın üç vətəndaşının qaldığı evdən və mədələrindən bir kilo 516 qram metamfetamin aşkar edilib.
TodayPresss TV "Haber Global"a istinadən xəbər verir ki, bu barədə məlumatı əyalətin Narkotiklə Mübarizə Şöbəsi yayıb.
Bildirilib ki, İrandan Türkiyəyə narkotik maddə gətirildiyi barədə kəşfiyyat məlumatı əsasında əməliyyat keçirilib. Texniki və fiziki izləmə nəticəsində, İrandan İzmirin Adnan Menderes Hava Limanına gələn, oradan taksi ilə Uşaka keçdiyi müəyyən edilən üç şəxsin qaldıqları yer müəyyən edilib.
Şübhəlilər xəstəxanaya aparılıb. Rentgen müayinələrində onların mədəsində kapsul içində gizlədilmiş metamfetamin aşkar edilib. İran vətəndaşları barəsində məhkəmə həbs qətimkan tədbiri seçib.
tag: Türkiyə, Mədə, Narkotik, Maddə,todaypress.tv,
