Rusiya XİN Qərbin AEBA-ya təzyiq göstərdiyini açıqladı

Dünya

11.06.2025 15:35

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) Qərbin təzyiqi altında hələ də Zaporojye Atom Elektrik Stansiyasına (ZAES) qarşı nüvə təhlükəsizliyinə təhdid yaradan tərəf kimi Ukraynanı açıq şəkildə ittiham etməyə cəsarət etmir.

TodayPress TV xəbər verir ki, bu barədə "Gazeta.ru" məlumat yayıb.

“Agentliyin rəhbərliyi Ukraynanı açıq şəkildə günahlandırmaqdan çəkinir, baxmayaraq ki, hətta AEBA-nın Baş direktoru Rafael Qrossi də Ukrayna Silahlı Qüvvələrinin hücumlarının şahidi olub”, - deyə Zaxarova əlavə edib.

Onun sözlərinə görə, Rusiya Ukraynanın nüvə təhlükəsizliyi ilə bağlı törətdiyi hüquq pozuntuları barədə AEBA-ya üzv ölkələri mütəmadi olaraq məlumatlandırır.

Qrossi isə yaxın vaxtlarda Zaporojye AES-ə yenidən səfər etməyi planlaşdırdığını açıqlayıb. Lakin bu səfərin dəqiq tarixi hələlik məlum deyil. Bu qərar Kalininqradda keçirilən danışıqlardan sonra formalaşıb.

Xatırladaq ki, iyunun 6-da Kalininqrad şəhərində Rusiya tərəfi ilə AEBA arasında növbəti hökumətlərarası məsləhətləşmələr baş tutub. Rusiya nümayəndə heyətinə “Rosatom”un Baş direktoru Aleksey Lixaçev rəhbərlik edib. Görüşün əsas mövzusu isə Ukrayna Silahlı Qüvvələrinin hücumları fonunda Zaporojye AES-in təhlükəsizliyi olub.

Töhfə Səməd

tag: Rusiya,XİN,AEBA,Elektrik,Stansiya,Qərb,todaypress.tv,