Aİ Rusiyaya qarşı ən sərt sanksiyalar paketini hazırlayır
Dünya
08.07.2025 11:37
Avropa İttifaqı (Aİ) 2022-ci ildən bu yana Rusiyaya qarşı ən sərt sanksiyalar paketini tətbiq etməyə hazırlaşır.
TodayPress TV xəbər verir ki, bu barədə məlumatı Fransanın xarici işlər naziri Jan-Noel Barro verib.
Yeni məhdudiyyətlər əsasən neft-qaz sektoru və Rusiya maliyyə sistemini hədəfə alacaq.
Onun sözlərinə görə, bu tədbirlər Kremlin müharibəni maliyyələşdirmək imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır.
Fransalı diplomat qeyd edib ki, Rusiya cəbhədə uğur qazana bilmədiyi üçün son vaxtlar Ukraynanın mülki infrastrukturuna və şəhərlərinə zərbələri artırıb. Bu isə çoxsaylı mülki itkilərə səbəb olur.
Yeni sanksiyaların Avropa İttifaqı səviyyəsində razılaşdırılaraq yaxın vaxtlarda qüvvəyə minəcəyi gözlənilir.
Türkan İsgəndərli
tag: Aİ,Rusiya,Sanksiya,Rüsum,Todaypress.tv,