Türkiyə Ukraynada atəşkəs gözləyir

Dünya

22.07.2025 12:55

Türkiyə prezident administrasiyası bildirib ki, İstanbulda Rusiya və Ukrayna arasında keçiriləcək növbəti danışıqlar raundunun bölgədə atəşkəsə və sülhə töhfə verməsi gözlənilir.  

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Danışıqlar iyulun 24-25-də İstanbulun Çırağan sarayında baş tutacaq.Türkiyə tərəfi bu prosesin müsbət nəticələr verəcəyinə ümid edir.  

"Prezident Rəcəb Tayyib Ərdoğanın dəfələrlə vurğuladığı kimi, sülh prosesində uduzan tərəf olmamalıdır. Biz atəşkəs və regionda sülhə ümid edirik. Fikrimcə, bütün dünya bunu gözləyir", – deyə Türkiyə prezident administrasiyasının nümayəndəsi qeyd edib.

Qeyd edək ki, bundan əvvəl İstanbulda Rusiya və Ukrayna arasında iki raund birbaşa danışıqlar keçirilib. Həmin görüşlərin nəticəsi olaraq əsirlərin mübadiləsi həyata keçirilib, həmçinin Rusiya ölən hərbçilərin cəsədlərini Ukrayna tərəfinə təhvil verib. Tərəflər münaqişənin həlli ilə bağlı memorandum layihələrini də mübadilə ediblər.

Türkan İsgəndərli

tag: Türkiyə,Rusiya,Ukrayna,Görüş,Todaypress.tv,