Türkiyə Ukrayna ilə bağlı danışıqları 2027-ci ilə qədər bərpa etməyi planlaşdırır
Ankara Ukrayna ilə bağlı sülh danışıqlarının 2027-ci ilə qədər yenidən başlamasını planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya mediası Türkiyə Nazirlər Kabinetindəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan danışıqlar prosesinin bərpası ilə bağlı Qərb liderləri ilə müzakirələr aparır.
Mənbə bildirib ki, danışıqların yenidən başlaması Türkiyə üçün prioritet olaraq qalır. Ankara ABŞ administrasiyasının təşəbbüslərinin konkret nəticə verəcəyinə ümid edir.
Rusiyanın Türkiyədəki səfiri Sergey Verşinin isə sentyabrın 15-də bildirib ki, Moskva Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün Türkiyənin danışıqlar platforması təqdim etmək istəyini yüksək qiymətləndirir.
Türkan İsgəndərli