Türkiyə Rusiya və ABŞ sammitinə ev sahibliyi etməyə hazırdır
Dünya
24.10.2025 12:42
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində Rusiya və ABŞ sammitini təşkil etməyə hazır olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə"TRT Haber" məlumat yayıb.
Ərdoğan vurğulayıb ki, İstanbulun Ukrayna məsələsində sülhə nail olmaq prosesində əhəmiyyəti yenidən aktuallaşıb. O, qeyd edib ki, Ankara istənilən vaxt danışıqları təşkil etməyə hazırdır və Budapeştdə planlaşdırılan görüşün baş tutmamasına təəssüf hissi bildirib.
"Biz inanırıq ki, hər hansı bir dialoq bu müharibənin dayandırılmasına töhfə verəcək. Əvvəldən bu istiqamətdə fəaliyyət göstərmişik və ədalətli sülh imkanlarının mövcud olduğunu açıqlamışıq. Hər iki tərəflə yaxşı münasibətlərimiz var və hər iki tərəfin etibarını qazanmış ölkəyik. Bu, bizə sülh yolunda üstünlük verir və biz bu imkanlardan insanlıq naminə istifadə etməyə qərarlıyıq", - deyə Türkiyə lideri əlavə edib.
Aysel Mətləb
tag: Türkiyə,ABŞ,Rusiya,Sammit,Todaypress.tv,
