Demokratlar Trampı Rusiyaya qarşı sanksiyaları zəiflətməkdə ittiham etdi

Dünya

06.08.2025 12:49

ABŞ Senatındakı Demokratlar Partiyasının üzvləri ölkə prezidenti Donald Trampı Rusiyaya qarşı anti-sanksiya siyasəti yürütməkdə ittiham edən hesabat dərc ediblər. 

TodayPress TV xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.

Tramp administrasiyası Rusiya iqtisadiyyatını hədəf alan sanksiyalara kifayət qədər əməl etməyib, bu da Kremlə ordusunu bərpa etmək və Ukraynadakı münaqişəni davam etdirmək imkanı yaradıb.

Demokrat senatorlar bildirirlər ki, Tramp son üç ildə mövcud sanksiya rejimini gücləndirməyib, əksinə, sistemin zəifləməsinə yol açıb.

Sənəddə qeyd olunur ki, Trampın bu siyasəti Vaşinqtonun Moskvaya qarşı gələcək sanksiya və təhdidlərinin etibarlılığını da zəiflədir.

Xatırladaq ki, Tramp iyulun 14-də bəyan edib ki, əgər Ukraynada 50 gün ərzində atəşkəs əldə olunmasa, o zaman Rusiya və onun ticarət tərəfdaşlarına qarşı 100%-lik ikinci dərəcəli rüsumlar tətbiq edəcək. Lakin sonradan bu vaxt limiti 10 günə endirilib. Ultimatumun müddəti avqustun 8-də başa çatır.

Türkan İsgəndərli

tag: ABŞ,Rusiya,Sanksiya,Demokratlar,Todaypress.tv,