Trampın sensasion səs yazısı yayıldı: “Putinə dedim ki, Moskvanı bombalayacağam”
Dünya
09.07.2025 09:34
ABŞ-nin hazırkı prezidenti Donald Trampın 2024-cü ildə seçki kampaniyasının sponsorları ilə görüşündə etdiyi açıqlamaların səs yazısı üzə çıxıb.
TodayPress TV xəbər verir ki, “CNN” telekanalı tərəfindən yayımlanan audioyazıda Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinlə apardığı danışıqları təfərrüatlı şəkildə şərh edir.
Tramp qeyd edir ki, Putin və Si ilə görüşlərində açıq şəkildə hər iki ölkəni bombalamaqla hədələyib. Onun sözlərinə görə, Putin Ukrayna sərhədini keçəcəyi təqdirdə ABŞ Moskvanı “cəhənnəmə çevirəcək”:
“Putinə dedim ki, Ukraynaya girsən, Moskvanı bombalayacam. Başqa seçimim olmayacaq”.
Tramp iddia edir ki, Putin əvvəlcə ona inanmayıb, lakin “təxminən 10 faiz” ehtimalla hədəsinin gerçək olduğunu düşünüb.
Eyni tonla Çin lideri Si Cinpinlə də danışdığını deyən Tramp bildirib ki, Tayvana hücum olarsa, ABŞ Pekini bombalayacaq:
“Dedim ki, başqa yolum yoxdur. Sizi bombalamalı olacam. Biz Pekini bombalayacağıq”.
Onun sözlərinə görə, Si Cinpin bu təhdidə inanmasa da, o da Trampın “dəli” olduğunu düşünərək ciddiyə alıb və “təxminən 10 faiz” buna inanıb.
Qiymət Mahir
tag: ABŞ,Donald Tramp,Çin ,Vladimir Putin,Todaypress.tv,