Trampın problemləri "bir neçə həftəyə" həll etmək vədləri…

Dünya

20.06.2025 14:43

ABŞ prezidenti Donald Tramp aktual məsələlərin həlli üçün iki həftəlik müddətlər təyin etməyə meyllidir, lakin həmişə onlara əməl etmir. 

TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” yazıb. 

Agentlik qeyd edib ki, Tramp uzun illərdir ki, ABŞ-nin müəyyən məsələ ilə bağlı qərar verməli olduğu dövrü göstərmək üçün “bir-iki həftə” ifadəsini işlədir. Eyni zamanda, Amerika lideri həmişə bu müddətlərə əməl etmir, bəzən verdiyi vədləri tamamilə unudur.

Bundan əvvəl Ağ Evin mətbuat katibi Caroline Leavitt brifinqdə bildirib ki, Tramp nüvə proqramı ilə bağlı Tehranla diplomatik əlaqə qurmaq şansının olduğuna inanır. Leavitt deyib ki, Tramp iki həftə ərzində ABŞ-nin İrana zərbə vurub-vumayacağına qərar verəcək. Eyni zamanda mayın sonunda Tramp bəyan edib ki, ABŞ Ukraynada sülh danışıqlarının necə davam etdiriləcəyinə təxminən iki həftə ərzində qərar verəcək.

tag: Tramp,ABŞ,Vəd,2 həftə,Todaypress.tv,