Türkiyədə güclü zəlzələ baş verdi

Dünya

15.08.2025 13:37

Türkiyənin Balıkəsir şəhərində baş verən 6,1 bal gücündə zəlzələ geniş ərazidə hiss olunub. 

TodayPress TV xəbər verir ki, zəlzələ nəticəsində ən çox zərər episentr olan Sındırgıda qeydə alınıb.

Zəlzələdən sonra axtarış-xilasetmə qrupları dərhal hadisə yerinə cəlb edilib və zərərin qiymətləndirilməsinə başlanılıb.

Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Naziri Murat Kurum bildirib ki, 129 məhəllədə 20 081 bina və 31 272 müstəqil bölmə yoxlanılıb. Bu yoxlamalar nəticəsində ümumilikdə 831 müstəqil bölmənin ciddi zədələndiyi və ya tamamilə dağıldığı müəyyən edilib. Bunlardan 815-i məhz Sındırgıda yerləşir.

Məlumata görə zərər çəkmiş ərazilərdə 675 yaşayış yeri, 70 iş yeri və 86 anbarın yenidən qurulması prosesi dərhal başlanacaq.

Zəlzələ bölgəsində AFAD tərəfindən 285 qrup və 570 nəfərlik heyət ilə zərərin qiymətləndirilməsi işlərinə dəstək verilir.

Türkan İsgəndərli

tag: Türkiyə,Zəlzələ,Yeraltı təkan,Təbiət hadisəsi,Todaypress.tv,