Trampın iqamətgahına girməyə cəhd edən şəxs saxlanıldı
Dünya
04.06.2025 10:06
Florida polisi ABŞ prezidenti Donald Trampın şəxsi iqamətgahı olan Mar-a-Laqoya qanunsuz daxil olmağa cəhd göstərən şəxsi saxlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
Bildirilib ki, hadisə 3 iyun gecə yarısından sonra baş verib. Şübhəli şəxs perimetr boyunca uzanan hasardan aşaraq mülkiyyətin ərazisinə daxil olmağa çalışıb və nəticədə həyəcan siqnalı işə düşüb. O, Xidmət əməkdaşları tərəfindən insidentsiz saxlanılıb və daha sonra Palm-Biç polisi tərəfindən qanunsuz daxil olma maddəsi ilə həbs edilib.
“Palm Beach Daily News”un əldə etdiyi saxlanma hesabatına əsasən, həmin şəxs Trampın yanına İncil haqqında danışmaq və prezidentin 18 yaşlı nəvəsi ilə evlənmək niyyətini bölüşmək məqsədilə getmək istəyib.
Töhfə Səməd
tag: Tramp,İqamətgah,Mar-a-Loqa,todaypress.tv,