HƏMAS İsrailin Qəzza ilə bağlı planına cavab verdi

Dünya

08.08.2025 15:13

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəsə nail olmaq üçün İsraillə razılığa gəlmək məqsədilə hər cür səy göstərməyə hazır olduğunu bildirib. 

TodayPress TV xəbər verir ki, bu barədə HƏMAS-ın yaydığı bəyanatda bildirilib.

Məlumata görə, təşkilat razılaşma üçün zəmin yaradacaq addımlar atmağa hazır olduğunu bildirib.

Eyni zamanda, avqustun 8-də İsrailin Təhlükəsizlik Kabineti Baş nazir Benyamin Netanyahunun Qəzzada İsrail ordusunun (İDF) nəzarətini nəzərdə tutan planını təsdiqləyib. 

Hökumət müharibənin dayandırılması üçün beş əsas şərt irəli sürüb. Bunlar  HƏMAS-ın tam tərksilah olunması, bütün girovların azad edilməsi, Qəzza zolağının demilitarizasiyası, ərazidə təhlükəsizliyə İsrailin nəzarəti, eləcə də HƏMAS və Fələstin Administrasiyası olmadan yeni mülki hökumətin yaradılmasıdır.

Türkan İsgəndərli

tag: HƏMAS,Qəzza,İsrail,Fələstin,Todaypress.tv,