Trampdan Beynəlxalq Cinayət Məhkəməsinə maliyyə zərbəsi – ABŞ nə planlaşdırır?

Trampdan Beynəlxalq Cinayət Məhkəməsinə maliyyə zərbəsi – ABŞ nə planlaşdırır?
21.09.2026 07:00 Dünya

ABŞ Prezidenti Donald Trampın administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq etməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşrin məlumatına görə, yekun qərarın nə vaxt açıqlanacağı hələ məlum deyil. Lakin ABŞ administrasiyasındakı adı açıqlanmayan rəsmilər qərarla bağlı aydınlığın bir həftə ərzində yarana biləcəyini bildiriblər.

Sanksiyaların məhkəmə ilə maliyyə əməliyyatlarının əksəriyyətinə şamil olunacağı qeyd edilir. Bununla belə, məhdudiyyətlərin tətbiqi 6-7 ay təxirə salına bilər.

Nəşr bildirir ki, bu addım məhkəmənin dollarla əməliyyatlar aparmasına mane olmaqla və onu qlobal maliyyə sisteminin böyük hissəsindən təcrid etməklə məhkəmənin fəaliyyətinə ciddi təsir göstərə bilər. Rabitə xidmətləri ilə bağlı maliyyə əməliyyatlarının məhdudiyyətlərdən istisna edilə biləcəyi bildirilir.

Qeyd edək ki, Tramp administrasiyası daha əvvəl də eyni quruma bir neçə dəfə sanksiya tətbiq edib. ABŞ Prezidenti 2025-ci il fevralın 6-da məhkəmənin rəsmilərinə qarşı məhdudiyyətlərin tətbiqini nəzərdə tutan sərəncam imzalayıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər