ABŞ İsrailə İranı vurmağı icazə verdi
Dünya
08.07.2025 13:35
ABŞ prezidenti Donald Tramp, lazım gələrsə, İsrailin İrana hərbi zərbələr endirməsinə "yaşıl işıq" yandırmağa hazırdır.
TodayPress TV xəbər verir ki, bu barədə "N12" telekanalı İsrail hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında Ağ Evdə keçirilən qapalı görüşdə İrana qarşı yeni mümkün hücumlar məsələsi müzakirə olunub. ABŞ rəhbəri belə hücumların Tehranın nüvə obyektlərini yenidən bərpa etmək cəhdi ilə əsaslandırıldığı halda, buna dəstək verəcəyini bildirib.
İsrail rəsmiləri qeyd edirlər ki, Netanyahu Trampdan İranın nüvə proqramı ilə bağlı gələcək hərbi və diplomatik ssenarilərdə razılaşma əldə etməyə çalışır. Buraya nüvə obyektlərinə yönəlmiş zərbələrin əsaslandırılması məsələsi də daxildir.
Türkan İsgəndərli
tag: ABŞ,İran,İsrail,Tramp,Todaypress.tv,
 
        
 
                                 
                                            ![[[ABŞ İrana qarşı]] sanksiyaları genişləndirdi](/uploads/news/68c99bb4bad1a.webp) 
                                            ![Estoniya Rusiya ilə sərhəddə [[müdafiə xətti]] qurur](/uploads/news/685514ee47fa9.webp) 
                                            ![Finlandiya gəmisi Rusiyaya [[qanunsuz keçdi]]](/uploads/news/6891d1dd25dce.webp) 
                                            ![[[Ərdoğan:]] "ŞKTR-in suverenlik hüququnu müdafiəyə davam edəcəyik"](/uploads/news/68f52baa2868c.webp) 
                                            ![[[Tramp:]] “İran çox gec olmadan razılaşmalıdır”](/uploads/news/684c06eace149.webp) 
                                            ![[[Fabiyen Mandon:]] "Fransa qarşıdurmaya hazır olmalıdır"](/uploads/news/68fa29a44ec2c.webp) 
                                            ![Fransada canavarlar [[öldürüləcək]]](/uploads/news/6867c0bd0bd0d.webp) 
                                            ![[[“Transneft”in vitse-prezidenti Andrey Bədəlov]] pəncərədən yıxılaraq öldü](/uploads/news/68677c5335034.webp) 
                                            ![Lavrov və Van İnin müzakirə etdiyi [[məsələlər açıqlandı]]](/uploads/news/6873e071bf092.webp) 
                                            