Tramp-Zelenski nələri müzakirə edib? - YENİLƏNDİ3

Dünya

25.06.2025 18:49

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla NATO-nun Haaqa sammiti çərçivəsində görüşünün uzun və önəmli olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, o, bu barədə “Telegram” kanalında yazıb.

"Bütün vacib məsələlər işıqlandırıldı. Cənab prezidentə təşəkkür edirəm, ABŞ-yə təşəkkür edirəm", - o yazıb.

Onun sözlərinə görə, dövlət başçıları atəşkəs və həqiqi sülhə necə nail olmaq barədə danışıblar.

Zelenski ilə Trampın görüşü təxminən 50 dəqiqə davam edib .

***

18:05

ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında NATO-nun Haaqa sammiti çərçivəsində keçirilən görüş təxminən 40 dəqiqə davam edib.

TodayPress TV xəbər verir ki, bu barədə "UNİAN" məlumat yayıb.

Görüş mətbuat və yayımsız baş tutub. Tərəflərin onun nəticələrini daha sonra açıqlayacağı gözlənilir.

Töhfə Səməd


***


17:15


ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Vladimir Zelenski arasında görüş NATO-nun Haaqa sammiti çərçivəsində başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Obshchestvennoye" telekanalı məlumat yayıb.

Bildirilib ki, Zelenski Trampla Rusiyaya qarşı yeni sanksiyalar barədə danışır.

Töhfə Səməd


***


16:37


Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ lideri Donald Trampın NATO sammiti çərçivəsində yaxın dəqiqələrdə görüşməsi planlaşdırılır.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. 

Görüş zamanı liderlərin təxminən saat 17:30-da (Bakı vaxtı ilə) qısa bəyanatlarla çıxış edəcəkləri gözlənilir.

Töhfə Səməd 

tag: NATO,Tramp,Zelenski,Görüş,Todaypress.tv,