Tramp və Zelenski Ağ Evdə sülh şərtlərini müzakirə edəcək

Dünya

18.08.2025 10:47

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçiriləcək danışıqlarda rusiyalı həmkarı Vladimir Putinlə müzakirə etdiyi sülh sazişinin şərtlərini müəyyənləşdirməyə çalışacaq. Ukrayna lideri Volodimir Zelenski isə ölkəsi üçün konkret təhlükəsizlik təminatları əldə etməyə çalışacaq.

TodayPress TV xəbər verir ki, “Bloomberg”in məlumatına görə, Vaşinqton əsas diqqəti Rusiyanın tələb etdiyi ərazi güzəştlərinə yönəldəcək, Kiyev isə təhlükəsizlik zəmanətlərinə.

Eyni zamanda Avropa İttifaqında Trampa təzyiq göstərməyin mümkünsüzlüyü ilə bağlı narahatlıq ifadə olunur. ABŞ lideri isə sürətli razılaşma əldə etmək niyyətindədir. Məlumata görə, Tramp telefon danışıqları zamanı həm Avropa liderlərinə, həm də Zelenskiyə ABŞ-nin Ukraynaya lazımi təhlükəsizlik təminatlarını verməyə hazır olduğunu bildirib.

Qiymət Mahir

tag: ABŞ ,Donald Tramp, Ağ Ev,Zelenski ,Todaypress.tv,