Tramp Ukraynaya silah satışı ilə maraqlandı
Dünya
05.07.2025 15:30
ABŞ Prezidenti Donald Tramp 4 iyulda Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı Kiyevə silah satışı məsələsinə maraq göstərib.
TodayPress TV xəbər verir ki, bu barədə "Financial Times" mənbələrə istinadla məlumat yayıb.
Nəşrin yazdığına görə, Zelenski söhbət zamanı bir daha Patriot hava hücumundan müdafiə sistemləri, raket əleyhinə komplekslər və digər silahların tədarükü ilə bağlı ABŞ-dən dəstək istədiyini bildirib.
Mənbə qeyd edib ki, Tramp bu məsələyə maraqla yanaşıb və potensial silah satışı imkanlarını nəzərdən keçirməkdə maraqlı görünüb. Qəzetin məlumatına görə, Tramp Ukraynanın hava hücumlarından müdafiəsini gücləndirməyə ABŞ-nin kömək etmək istədiyini vurğulayıb.
Danışıq zamanı Zelenski, həmçinin birgə müdafiə sənayesi layihələri – xüsusilə pilotsuz uçuş aparatları (PUA) və əlaqəli hərbi texnologiyaların birgə istehsalı barədə də Trampa məlumat verib.
Ukrayna lideri telefon danışığını “çox vacib və məhsuldar” adlandırıb və Trampın Ukraynadakı vəziyyət barədə “çox yaxşı məlumatlı” olduğunu bildirib.
Qiymət Mahir
tag: Tramp ,Ukrayna,Zelenski,ABŞ,Todaypress.tv,