ABŞ-də miqrant əməliyyatları genişlənir: Cinayət keçmişi olmayanlar da saxlanılacaq
Dünya
21.07.2025 10:30
ABŞ-nin Miqrasiya və Gömrük Mühafizəsi Xidməti (ICE) qanunsuz miqrantlara qarşı tədbirləri genişləndirir.
TodayPress TV xəbər verir ki, bu barədə ICE rəsmisi "CBS News"un “Face the Nation” proqramına verdiyi müsahibədə məlumat verib.
Rəsmi nümayəndə bildirib ki, ICE resurslarını əsasən qeyri-qanuni yollarla ölkəyə daxil olmuş və ağır cinayət keçmişi olan şəxslərə yönəldəcək. Lakin heç bir cinayət keçmişi olmayan, ancaq ölkədə icazəsiz yaşayan şəxslərin də saxlanıla biləcəyini vurğulayıb.
Diqqətə çatdırılıb ki, iş yerlərində yoxlamalar davam edəcək. Bu zaman hər hansısa qeyri-qanuni hal aşkarlanarsa, yalnız qanunsuz işçiləri deyil, onları işə götürən işəgötürənləri də məsuliyyətə cəlb ediləcək.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın hakimiyyətə gəlməsindən bu yana ICE təxminən 150 min nəfəri ölkədən deportasiya edib. Onlardan 70 mini yol hərəkəti və ya immiqrasiya qanunlarının pozulması kimi səbəblərlə sabiqəlilər olub.
Töhfə Səməd
tag: ABŞ,Miqrasiya,Qanunsuz,Əməliyyat,ICE ,Todaypress.tv,