Tramp: “Ukrayna və Rusiya mövcud cəbhə xəttində dayanmalıdır”
Dünya
20.10.2025 10:10
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Rusiya və Ukrayna hərbi əməliyyatları mövcud cəbhə xəttində dayandırmalı, sülh sazişi isə daha sonra imzalanmalıdır.
TodayPress TV “Reuters”ə istinadən xəbər verir ki, Tramp ötən cümə günü Vaşinqtonda Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirilən gərgin görüşdə Kiyevi Rusiyaya müəyyən əraziləri təhvil verməyə razı salmağa çalışıb.
Görüşdən sonra Ukrayna nümayəndə heyəti məyus halda zalı tərk edib.
Məlumata əsasən, Tramp Zelenski ilə görüşdən sonra ictimaiyyət qarşısında mövcud cəbhə xəttində atəşkəsə çağırıb. Daha sonra Ukrayna lideri də bu mövqeni jurnalistlərə açıqlamasında qismən dəstəkləyib.
Agentliyin mənbəsinə görə, ABŞ Prezidenti bu təklifi Zelenski Rusiyaya könüllü şəkildə heç bir ərazi verməyəcəyini bildirdikdən sonra səsləndirib.
“Biz hesab edirik ki, onlar hazırda olduqları mövqedə dayanmalıdırlar. Cəbhə xətti elə belə qalsın. Daha sonra nəyəsə razılaşmaq mümkündür”, – Tramp deyib.
Qiymət Mahir
tag: ABŞ,Tramp,Rusiya,Ukrayna,Todaypress.tv,
