Tramp: "UFC Ağ Evdə keçiriləcək"

Dünya

04.07.2025 11:05

ABŞ prezidenti Donald Tramp "Ultimate Fighting Championship" (UFC) çempionluq döyüşünün birbaşa Ağ Ev ərazisində keçiriləcəyini bəyan edib.

TodayPress TV xəbər verir ki, bu barədə o, Ayova ştatında seçkiqabağı mitinq zamanı açıqlayıb.

"Kimsə UFC-yə baxır? Biz düz Ağ Evin ərazisində UFC döyüşü keçirəcəyik. Orada bizim çoxlu torpaqlarımız var", – deyə Tramp çıxışı zamanı bildirib.

Trampın sözlərinə görə, bu tədbir 2026-cı ildə ABŞ-nin Müstəqillik Bəyannaməsinin 250 illiyi münasibətilə planlaşdırılan "Amerika 250" proqramının bir hissəsi olacaq.

O, döyüşün Ağ Evin qazonunda təşkil oluna biləcəyini və təxminən 25 min nəfərin tədbirdə iştirak edəcəyini deyib. Lakin Tramp döyüşün iştirakçıları və dəqiq tarixilə bağlı əlavə təfərrüat verməyib, sadəcə olaraq bu qarşılaşmanın çempionluq statusu daşıyacağını qeyd edib.

Qeyd edək ki, bu il UFC Azərbaycanda keçirilib.

Türkan İsgəndərli

tag: ABŞ,Tramp,UFC,Döyüş,Todaypress.tv,