Tramp "rəqəmsal prezident” adlandırıldı
Dünya
21.07.2025 09:33
ABŞ Prezidenti Donald Trampın texnologiyalara xüsusi diqqəti və mühüm qərarları sosial şəbəkələr üzərindən verməsi onu “rəqəmsal prezident”ə çevirib.
TodayPress TV xəbər verir ki, bu fikri Rusiya Elmlər Akademiyasının ABŞ və Kanada İnstitutunun direktoru vəzifəsini icra edən, tarix elmləri doktoru Natalya Tsvetkova “RİA”ya müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, Tramp ənənəvi siyasi institutları və diplomatik qaydaları arxada qoyaraq, birbaşa sosial şəbəkələrdəki izləyiciləri ilə əlaqə yaradır.
“O, bürokratiyanı, diplomatları və klassik medianı keçərək, auditoriyasına birbaşa çıxış edir”, – deyə Tsvetkova bildirib.
Ekspert hesab edir ki, Tramp bu yolla XIX əsrdə formalaşmış beynəlxalq siyasətin və diplomatiyanın əsaslarını sarsıdır.
Qiymət Mahir
tag: ABŞ ,Donald Tramp,Kanada ,Rusiya ,Todaypress.tv,