Tramp ölüm xəbərini təkzib etdi

Dünya

02.09.2025 01:40

ABŞ Prezidenti Donald Tramp səhhəti ilə bağlı yayılan şayiələrə cavab verib.

TodayPress TV xəbər verir ki, bu barədə o, özünün “Truth” sosial şəbəkə hesabında məlumat verib.

ABŞ lideri bildirib ki, özünü indi həmişəkindən daha yaxşı hiss edir.

“Həyatımda özümü indiki qədər yaxşı hiss etməmişəm”, - deyə dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, avqustun 30-da sosial şəbəkə istifadəçiləri arasında Trampın guya ölümü ilə bağlı şayiələr yayılmağa başlayıb.

tag: Tramp,Ölüm,Xəbər,Təkzib,Todaypress.tv,