İsrail Yəmənə aviazərbələr endirdi

Dünya

21.07.2025 13:35

İsrail Hərbi Hava Qüvvələri Yəməndə husilərin nəzarətində olan Hudeyda limanındakı hərbi hədəflərə aviazərbələr endirib. 

TodayPress TV xəbər verir ki, bu barədə yerli və beynəlxalq mənbələr məlumat yayıb.

Husilər hərəkatına məxsus obyektlərə, o cümlədən liman infrastrukturunun bərpasında istifadə olunan mühəndis avadanlıqlarına, yanacaq konteynerlərinə və İsrailə qarşı istifadə olunan hərbi gəmilərə yönəldiyi bildirilir. Hədəf alınan ərazilər arasında Qırmızı dəniz sahilindəki limana bitişik sular da olub.

İsrail Müdafiə Qüvvələrinin (IDF) açıqlamasına əsasən, Hudeyda limanı İran silahlarının daşınması üçün istifadə olunur və həmin silahlar vasitəsilə husilər İsrail və onun müttəfiqlərinə qarşı hücumlar həyata keçirirlər.

Xatırladaq ki, iyulun 7-də İsrail müdafiə naziri husilərə qarşı yeni hərbi əməliyyatın başlandığını elan edib.

Türkan İsgəndərli

tag: İsrail,Yəmən,Husi,Zərbə,Todaypress.tv,