Tramp Obamanı seçki saxtakarlığında günahlandırdı

Dünya

20.07.2025 20:15

ABŞ Prezidenti Donald Tramp Barak Obamanı 2016-cı il seçkilərinə müdaxilə və saxtakarlıqda ittiham edib.

TodayPress TV xəbər verir ki, Tramp “Truth Social”da paylaşım edərək Obama və onun komandasının seçki nəticələrini dəyişməyə çalışdığını bildirib. 

O, “Fox News” jurnalisti Harrison Fildsın bu barədə çıxışını alqışlayıb və Obamanın məhkəməyə verilməsini təklif edən ekspertləri dəstəkləyib.

Tramp həmçinin ABŞ Milli Kəşfiyyatının rəhbəri Tulsi Qabbardın fəaliyyətini yüksək qiymətləndirib. Qabbard paylaşımında bildirib ki, 2016-cı il seçkilərinə Rusiya müdaxiləsi ilə bağlı ittihamlar Obamanın administrasiyası tərəfindən uydurulub və əsl hesabat gizlədilib.

Tramp daha əvvəl də Cozef Baydeni seçkiləri oğurlamaqda ittiham etmişdi.

Qiymət Mahir

tag: ABŞ,Seçki,İttiham,Tramp,Obama,Todaypress.tv,