Tramp kral III Çarlzı ABŞ-yə dəvət edəcək

Dünya

19.09.2025 11:00

ABŞ Prezidenti Donald Tramp kral III Çarlzı 2026-cı ildə ABŞ-nin müstəqilliyinin 250-ci ildönümünü qeyd etmək üçün ölkəyə rəsmi dövlət səfərinə dəvət etməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Qəzet yazır ki, Tramp administrasiyası bu yubiley tədbirində Böyük Britaniyanın “aparıcı rol” oynamasını istəyir. Bu planlar hələ ilkin mərhələdədir və kralın səfəri ilə bağlı yekun qərar verilməyib.

Bildirilir ki, Tramp Böyük Britaniyadakı son səfərdən razı qalıb.

Xatırladaq ki, Tramp sentyabrın 16-da Böyük Britaniyaya ikinci dövlət səfərini həyata keçirib. Sentyabrın 17-də kral III Çarlz onu Vindzor qəsrində qəbul edib. Ertəsi gün isə Tramp Baş nazir Kir Starmer ilə görüş keçirib.

Türkan İsgəndərli

TodayPress TV

tag: ABŞ,Britaniya,Tramp,III Çarlz,Todaypress.tv,