Tramp İsrailə getdi

Dünya

13.10.2025 11:31

ABŞ Prezidenti Donald Tramp İsrailə səfər edib. O, Knessetdə çıxış etdikdən sonra Qəzza müharibəsinə son qoymaq məqsədilə Misirə gedəcək.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. 

Ben-Qurion hava limanında Trampı İsrailin Baş naziri Benyamin Netanyahu və Prezidenti İsaak Hersoq qarşılayıblar.

Tramp oktyabrın 9-da İsrail və HƏMAS arasında Qəzza ilə bağlı sülh planının birinci mərhələsi üzrə saziş imzalandığını bildirib. Onun sözlərinə görə, bu razılaşma girovların tezliklə azad edilməsini və İsrail qoşunlarının müəyyən olunmuş xəttə çəkilməsini nəzərdə tutur.

Qeyd edək ki,  Misir Prezidenti Əbdülfəttah əs-Sisinin ofisi isə oktyabrın 13-də Şarm əl-Şeyxdə Qəzzada atəşkəs mövzusunda beynəlxalq sammit keçiriləcəyini açıqlayıb.

Sammitə 20 ölkənin lideri dəvət olunub.

Türkan İsgəndərli

TodayPress TV

tag: ABŞ,Tramp,İsrail,Sülh sammiti,Todaypress.tv,