Tramp İranla danışıqlara hazır olmadığını açıqladı
Dünya
17.06.2025 13:28
ABŞ prezidenti Donald Tramp İranla danışıqlara hazır olmadığını bəyan edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
"Tramp İranla danışıqlar aparmağa o qədər də meylli olmadığını bildirib", - deyə agentliyin xəbərində yazılıb.
Eyni zamanda Tramp bəyan edib ki, əgər Tehran Yaxın Şərqdə ABŞ-yə məxsus hərbi obyektlərə hücum etməyə qərar verərsə, Vaşinqton buna sərt cavab verəcək.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail hərbi əməliyyata başlayaraq İran ərazisindəki nüvə və hərbi obyektlərə zərbələr endirib. Hədəflər sırasında nüvə silahlarının hazırlanması ilə bağlı infrastruktur və İran generallarının yerləşdiyi ərazilər olub.
Həmin gün axşam saatlarında İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) "Həqiqi vəd - 3" adlı cavab əməliyyatına başladığını elan edib. İsrail ərazisinə raket zərbələri endirilib, o cümlədən Qüds də daxil olmaqla bir neçə şəhərdə hava həyəcanı siqnalları səslənib.
Hər iki ölkədə hücumlar nəticəsində onlarla insanın xəsarət aldığı bildirilir. İran və İsrail arasında qarşılıqlı hücumlar hələ də davam edir.
Töhfə Səməd
tag: ABŞ ,Donald Tramp,İran,İsrail,SEPAH,todaypress.tv,