Tramp İranda rejim dəyişikliyinə eyham vurdu
Dünya
23.06.2025 10:38
ABŞ Prezidenti Donald Tramp İranda hakimiyyət dəyişikliyinə çağırış eyhamı vurub.
TodayPress TV xəbər verir ki, bu barədə o, "Truth" sosial şəbəkəsində paylaşım edib.
“Əgər mövcud İran rejimi İranı yenidən dirçəldə bilmirsə, bəlkə rejimi dəyişməyin vaxtıdır?”, - deyə o yazıb.
Bu bəyanat ABŞ-nin 22 iyun gecəsi İranın Natanz, Fordo və İsfahan şəhərlərindəki nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra səsləndirilib. Vaşinqtonun məqsədi İranın nüvə proqramını zəiflətmək və ya tamamilə məhv etmək olub.
Tramp İranı münaqişəyə son qoymağa çağıraraq əks halda daha ciddi nəticələr olacağını bildirib. Bununla belə, ABŞ vitse-prezidenti Ceyms Devid Vens İrana endirilmiş zərbələrə baxmayaraq, Vaşinqtonun Tehranla müharibə vəziyyətində olmadığını deyib.
İran XİN başçısı Abbas Əraqçi isə ABŞ-ni diplomatiyanı pozmaqda ittiham edib və bildirib ki, Tehran ölkənin təhlükəsizliyini və maraqlarını qorumaq üçün bütün tədbirləri görəcək.
İranın Atom Enerjisi Təşkilatı isə nüvə proqramının davam etdiriləcəyini bəyan edib. BMT Baş katibi Antonio Quterreş ABŞ-nin hücumlarını regionda təhlükəli eskalasiya və beynəlxalq sülhə birbaşa təhdid adlandırıb.
Töhfə Səməd
tag: ABŞ , Donald Tramp,İran,Natanz,Fordo ,İsfahan ,todaypress.tv,