Kallas: "Moqerini ilə bağlı korrupsiya qalmaqalı Aİ diplomatik xidmətini sarsıdıb"

Dünya

12.12.2025 17:34

Avropa Xarici Fəaliyyət Xidmətinin iclasında Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas sələfi Federika Moqerini ilə bağlı korrupsiya qalmaqalının Avropa diplomatlarını sarsıtdığını etiraf etdib. 

TodayPress TV xəbər verir ki, bu barədə, "Euractiv" mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Avropa məhkəmə orqanları əvvəllər Aİ diplomatik xidmətinin keçmiş rəhbəri və Avropa Kollecinin rektoru Moqeriniyə qarşı fırıldaqçılıq və korrupsiya ittihamları ilə istintaq başlatmışdı.

"Açıq-aydın görünür ki, qalmaqallar xidmətimizi şoka salıb", - deyə nəşr Kallasdan sitat gətirib.

Xatırladaq ki, dekabrın 2-də Avropa Komissiyası və Avropa Prokurorluğu Brüsseldəki Avropa Xarici Fəaliyyət Xidmətinin qərargahında, Brüggedəki Avropa Kollecində və bir neçə şəxsi evdə axtarışların aparıldığını təsdiqləyib və bu axtarışlar zamanı üç nəfər saxlanılıb. Onlar tender saxtakarlığında, o cümlədən Avropa diplomatik xidmətinin Avropa Kollecində gənc avropalı diplomatlar üçün təlim proqramı təklifində ittiham olunurlar. Saxlanılanlar arasında Moqerini və Aİ Diplomatik Xidmətinin keçmiş Baş katibi Stefano Sannino da var.

Aysel Mətləb

TodayPress TV

tag: Kaya Kallas,Aİ,Korrupsiya,Cinayət,Todaypress.tv,