Tramp İrana hücumla bağlı açıqlama verdi: "Zəruri olsa, yenə edərik"

Dünya

22.07.2025 10:07

ABŞ prezidenti Donald Tramp İran xarici işlər nazirinin ölkəsinin İrana hücumu barədə dediklərinə cavab verib.

TodayPress TV xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında paylaşım edib. 

Tramp İran xarici işlər naziri Abbas Əraqçinin “Fox News” telekanalına müsahibəsində nüvə obyektləri ilə bağlı “dəyən ziyan çox ciddi səviyyədədir, obyektlər məhv edilib” sözlərini sitat gətirərək, “Əlbəttə, elə də olmalı idi. Düz dediyim kimi, əgər zərurət yaranarsa, yenidən edərik”, - deyib.

O, "CNN" telekanalının yayımladığı ilkin hesabatlara da sərt reaksiya verib. Hesabatda ABŞ hücumlarının İranın nüvə proqramını tam məhv etmədiyi, yalnız bir neçə ay geriyə saldığı iddia olunub. Tramp "CNN"in “saxta müxbirlərini” dərhal işdən çıxarmalı olduğunu, həm özündən, həm də hücumları həyata keçirən pilotlardan üzr istənilməli olduğunu bildirib.

Töhfə Səməd 

tag: ABŞ,TRamp,İran,Nüvə,Hücum,TodayPress.tv,