Tramp Çinin qarşısına çətin seçim qoydu
Dünya
20.10.2025 10:10
ABŞ Prezidenti Donald Tramp ticarət danışıqlarının yenidən başlanmasından əvvəl Çinə əsas tələblərini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
“Air Force One” təyyarəsində jurnalistlərə açıqlama verən Tramp bildirib ki, o, Çinin strateji materiallar bazarındakı təsirini təzyiq aləti kimi istifadə etməsinə imkan verməyəcək. ABŞ Prezidenti Çindən fentanilin ixracını dayandırmağı, Amerika paxlasının alışını bərpa etməyi və nadir torpaq metalları ilə tədarükün manipulyasiyasından imtina etməyi tələb edir. Trampın sözlərinə görə, yalnız bu şərtlər daxilində iki ölkə arasında ticarət danışıqlarına qayıtmaq mümkün olacaq.
Ağ Ev lideri ayrıca fentanil və onun prekursorlarının Amerika bazarına daxil olmasının qarşısının alınmasını tələb edi. Çin tərəfini bu kimyəvi komponentlərin ixracına nəzarəti lazımi səviyyədə təmin etməməkdə ittiham edib. O bildirib ki, bu maddələr ABŞ-də opioid böhranını dərinləşdirir.
Qeyd edək ki, ABŞ maliyyə naziri Skott Bessent təsdiqləyib ki, ABŞ və Çin nümayəndə heyətləri arasında növbəti danışıqlar raundu bu həftə Malayziyada baş tutacaq. Bu, qüvvədə olan ticarət atəşkəsinin başa çatmasına üç həftədən az qalmış baş verəcək. Atəşkəsin müddəti 10 noyabrda bitir.
Aysel Mətləb
tag: ABŞ ,Çin,Tramp ,Ticarət ,Todaypress.tv,
