Almaniya Ukraynanın enerji sektorunun bərpası üçün yardım paketi ayırdı

Dünya

24.10.2025 16:10

Almaniya Ukraynaya ümumi dəyəri 60 milyon avro olan yeni yardım paketi ayırıb ki, bu da zədələnmiş enerji sistemlərinin bərpasına sərf olunacaq.

TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenkonun "Telegram" kanalında məlumat yayıb.

"Almaniya mühüm infrastrukturumuzun dayanıqlığını gücləndirir və Ukraynanın Enerji Dəstəyi Fonduna 60 milyon avro ayırır. Bu vəsaitlər generatorların, enerji avadanlıqlarının və mobil istilik elektrik stansiyalarının çatdırılmasını sürətləndirməyə kömək edəcək", - deyə o bildirib.

O, həmçinin qeyd edib ki, Almaniyanın energetika naziri Ketrin Reyxlə görüşdə Ukraynanın qışa hazırlığı və enerji dayanıqlığının gücləndirilməsi məsələləri müzakirə olunub. 

"Biz enerji üzrə birgə işçi qrupun yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi barədə razılığa gəldik. Dekabrda Berlində Ukrayna-Almaniya biznes forumu keçiriləcək və bu, şirkətlərimiz arasında yeni tərəfdaşlıqlar üçün effektiv platformaya çevrilə bilər", - deyə Sviridenko əlavə edib.

Aysel Mətləb

TodayPress TV

tag: Almaniya,Ukrayna,enerji,Bərpa,Todaypress.tv,