"Avroviziya 2025" finalında israilli ifaçıya qarşı aksiya edildi

Dünya

18.05.2025 11:55

İsrailli müğənni Yuval Rafaelin "Avroviziya 2025" musiqi müsabiqəsinin finalındakı çıxışı zamanı fələstinli fəallar səhnəyə boya torbaları atmağa cəhd ediblər. 

TodayPress TV xəbər verir ki, bu barədə "Deutsche Welle" (DW) məlumat yayıb.

Bildirilir ki, hadisə İsveçrənin Bazel şəhərində baş verib. Fəallar israilli ifaçını vura bilməyiblər. Lakin boya tamaşaçılara və media nümayəndələrinə, o cümlədən Almaniyanın Stern nəşrinin jurnalistinə dəyib. Təhlükəsizlik xidməti üç fəalı saxlayıb.

Qeyd edək ki, Yuval Rafael 2023-cü il 7 oktyabrda HƏMAS tərəfindən İsrailə edilən hücumdan sağ çıxıb. İştirakçı "Avroviziya" müsabiqəsində iştirakını bu faciədən sağ çıxması və yaşadıqlarını musiqi ilə ifadə etmək istəyi ilə əsaslandırıb.

Finalda o, 357 xalla ikinci yeri tutub. Birinci yeri isə 436 xal toplayan Avstriya təmsilçisi Yohannes Piets (səhnə adı ilə JJ) qazanıb.

Türkan İsgəndərli

tag: Avroviziya,İsrail,Müğənni,Aksiya,todaypress.tv,