Tramp administrasiyası bəzi idxal rüsumlarını azaltmağı düşünür

Dünya

18.10.2025 10:00

ABŞ Prezidenti Donald Tramp administrasiyası ölkədə istehsal olunmayan malların idxalına tətbiq edilən rüsumların ləğvini və ya azaldılmasını müzakirə edir.

TodayPress TV “The Wall Street Journal”a istinadən xəbər verir ki, Tramp son həftələrdə bir sıra məhsulları “cavab rüsumları” siyahısından çıxarıb.

Həmçinin bu məhsulları ixrac edən ölkələr Vaşinqtonla saziş imzalasa, yüzlərlə digər məhsula da tariflərin ləğvi təklif oluna bilər.

Mənbələr bildirir ki, administrasiyada ABŞ-də istehsal olunmayan mallara rüsumların azaldılmasının vacibliyi barədə fikir güclənir.

Qəzet qeyd edib ki, bu addım Trampın ticarət naziri Hovard Lutnikin “rüsumlara heç bir istisna olmayacaq” açıqlamasından fərqli mövqedir. WSJ-nin yazdığına görə, bu dəyişiklik administrasiyanın noyabrda Ali Məhkəmənin bəzi rüsumları qeyri-qanuni elan etməsi ehtimalına hazırlaşması ilə bağlı ola bilər.

Jalə Rövşən

TodayPress TV

tag: ABŞ Prezidenti Donald Tramp ,İdxal rüsumları,ABŞ,Vaşinqton,Todaypress.tv,