Tbilisi Qərbə sərt reaksiya verdi: “Bu, Gürcü xalqına təzyiqdir”
Dünya
13.07.2025 17:30
Avropa İttifaqının 17 ölkəsi və Britaniyanın xarici işlər nazirlərinin Gürcüstandakı siyasi vəziyyətin pisləşməsi ilə bağlı birgə bəyanatı ölkə xalqına və demokratiyasına təzyiq kimi qiymətləndirilib.
TodayPress TV xəbər verir ki, bu barədə iqtidarda olan “Gürcü Arzusu” partiyasının siyasi şurası bəyanat yayıb.
Bildirilib ki, Qərbin hücumunun yeganə səbəbi xalqın keçmiş hakim partiya – “Milli Hərəkat”ı yenidən hakimiyyətə buraxmamasıdır.
Partiya vurğulayıb ki, Gürcüstan öz milli maraqlarını qorumaqda davam edəcək və yalnız suverenliyə hörmət əsasında əməkdaşlığa açıq olacaq.
Xatırladaq ki, iyunda Aİ-nin Tbilisidəki səfiri Pavel Herçinski Gürcüstanın Aİ-yə üzvlük şansını itirə biləcəyini bəyan etmişdi. Ölkədə həmçinin Avropa İttifaqı ekstremist təşkilata qrant ayırmaqda da ittiham olunmuşdu.
Qiymət Mahir
tag: Gürcüstan ,Tbilisi, Qərb,Avropa İttifaqı,Todaypress.tv,